Ordu.az Sputnikə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi mayor Audrisiya Harris bildirib.
Daha öncə “Strava” mobil proqramında dünyadakı məxfi hərbi bazaların göstərildiyini bildirmişdik. “Washington Post”un məlumatına görə həmin xəritələrdə ABŞ-ın İraq və Suriya kimi münaqişəli zonalardakı həsas hərbi bazalar və personal haqda informasiyalar da yerləşdirilib.
“Yeni xəbərlər ordu üzvlərinin şəxsi məlumatlarını paylaşarkən belə son dərəcə ehtiyatlı davranmalı olduğunu göstərir. Pentaqon belə məsələlərə çox ciddi yanaşır. Hal-hazırda daxildə və xaricdəki hərbi personalımızın təhlükəsizliyini təmin etmək üçün yeni siyasətin hazırlanması, yaxud əlavə təlimlərin keçirilməsinə ehtiyac olub-olmadığını nəzərdən keçiririk”, - deyə Harris bildirib.
Ağalar Ağalarlı
Ordu.az