Ordu.az DW nəşrinə istinadən xəbər verir ki, parlament bu qərarını Rusiya təhlükəsinin artması ilə əlaqələndirir.
Yeni qərarda qarşıdakı 6 il müddətində Danimarka hərbi büdcəsinin 2,14 milyard dollara qədər artırılması planlaşdırılır. 2018-ci il üçün bu sahə üzrə büdcəsinin 3,7 milyard dollar təşkil etdiyini nəzərə alsaq, xərclər təxminən 58 faiz artacaq.
“Rusiya tərəfindən qaynaqlanan təhükə realdır və biz bu səbəbdən qərarlığımızı artırmalı və müdafiə qabiliyyətimizi gücləndirməliyik”, - deyə Danimarka hökumətinin rəhbəri Lars Lyokke Rasmussen açıqlayıb.
Ağalar Qəribov
Ordu.az