“Vostok” kosmodromunda 3-cü raket buraxılacaq

2018/01/23423_1517205872.jpeg
Oxunub: 3286     14:03     29 Yanvar 2018    
“Vostok” kosmodromunda “Soyuz-2.1a” raket daşıyıcısı buraxılış üçün hazır vəziyyətdədir.

Ordu.az Ysia.ru saytına istinadən xəbər verir ki, bu barədə “Roskosmos” dövlət şirkəti açıqlama verib.

Raket daşıyıcısı “Freqat” sürətləndirici bloku və Yerdən məsafəsi zondlama təyinatlı 3 və 4 nömrəli peyklər, həmçinin 9 müxtəlif ölkənin aparatları ilə təchizatlanıb.

Raketin fevralın 1-i Moskva vaxtı ilə 05:07-də (Bakı vaxtı ilə 04:07) buraxılması planlaşdırılır.

Raket daşıyıcısının kosmosa daşıyacağı peyklər içərisində ABŞ-ın gəmilərin avtomatik identifikasiyasının avtomatik şəkildə müəyyənləşdirilməsi üçün LEMUR peyki və Almaniyanın “D-Star One” aparatı var.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roskosmos   Soyuz-2.1a   Vostok  


Bizi "telegram"da izləyin