Afrindəki Rusiya qoşunları geri çəkilir

2018/01/4353_1516370106.jpg
Oxunub: 2136     21:53     19 Yanvar 2018    
Suriyanın Afrin regionunda yerləşən Rusiya qoşunları Türkiyə ordusunun gözlənilən əməliyyatlarından öncə ərazidən çəkilməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyənin Afrindəki terror təşkilatı PYD/PKK hədəflərinə doğru gözlənilən hərakatı üçün geri sayım başlayıb.

Agentliyin Afrindəki etibarlı mənbələrdən əldə etdiyi məlumatlara görə, Kəfər Cənnə kəndinin yaxınlığında yerləşən Rusiya hərbi polisi bölgədən qruplarla çıxır. Bu qruplar Bəşər Əsədin nəzarətindəki Nubul və Zəhra bölgələrinə gedib.

Lakin Rusiya hərbi polsilərinin bir qismi hələ də Afrindədir.

Türkiyə Baş Qərargah rəisi Hulusi Akar MİT rəhbəri Hakan Fidan ilə birlikdə dünən Rusiya Federasiyası Baş Qərargah rəisi general-polkovnik Valeri Gerasimov ilə görüşüb. Görüşdə regional təhlükəsizlik məsələləri, Suriyadakı son vəziyyət və Astana/Cenevrə prosesi müzakirə olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   Rusiya-qüvvələri   TSQ  


Bizi "telegram"da izləyin