İraqda antiterror əməliyyatları davam edir

2018/01/9c7d3444-5cb5-435e-982a-1eb1c9dfedf4456_1516362628.jpg
Oxunub: 1856     19:45     19 Yanvar 2018    
İraqın Samarra şəhərində İŞİD kamikadzesi zərərsizləşdirilib, həmçinin Anbar vilayətində 7 İŞİD üzvü saxlanılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Rudaw” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, Səlah əd-Din vilayətinin cənubunda yerləşən Samarra şəhərinin şərqində “Həşd əş-Şaabi” silahlıları İŞİD kamikazesini zərərsizləşdiriblər.

Həmçinin Anbar vilayətində İraq ordusunun əsgərləri İŞİD-in 7 üzvünü həbs ediblər.

“Iraqi News” agentliyinin məlumatına görə, terrorçuları əl-Qaim şəhərindən evlərinə qayıdan İraq vətəndaşlarının yoxlanılması zamanı aşkarlayaraq saxlamaq mümkün olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin