Ordu.az “Habertürk” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin hərbi mənbələri məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri döyüşlərin şəhər şəraitində aparılmasına nəzərən ilkin əməliyyat planına bir daha nəzər salıb. Bununla belə, ilk mərhələdə Afrində Türkiyə qoşunlarının ciddi təhlükə ilə rastlaşacaqları düşünülmür, odur ki, qoşun asanlıqla şəhər daxil ola və burada terrorçularla şəhər şəraitində döyüşə biləcək. Məhz bu amil nəzərə alınaraq, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı döyüşlərdə yüksək dəqiqlikli slahların istifadəsini zəruri hesab edir.
DHA agentliyi qeyd edir ki, hazırda Afrinin şimalında Suriya müxalifətindən olan “Suriya azad ordusu”nun böyük kontingenti toplanıb.
Ağalar Qəribov
Ordu.az