Ordu.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şiamli Koreya lideri Kim Çen In bəyan edib.
“Biz milli müstəqilliyimizi yüksək qiymətləndirəcək və xalqımızın bütün problemlərini öz güclərimizlə həll edəcəyik”, - deyə Kim Çen In bildirib.
O qeyd edib ki, Pxenyan vahid Koreyaya qarşı çıxış edən istənilən cəhdlərin öhdəsindən gələrək koreyalıların birləşməsi üçün çalışacaq.
“Biz milli birləşmə proseslərində yeni tarix səhifələri açmalıyıq”, - deyə KXDR lideri vurğulayıb.
Ağalar Qəribov
Ordu.az