“Türkiyə Afrin ərazisində əməliyyat keçirəcək” - Canikli

2018/01/456456_1516357957.jpg
Oxunub: 3769     18:31     19 Yanvar 2018    
“Türkiyə Afrin ərazisində əməliyyat keçirəcək, çünki ölkə Suriyanın şimalını terrorçulardan təmizləmək niyyətindədir”.

Ordu.az “A Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

“Bu əməliyyat keçiriləcək. Bir Suriyanın şimalını terrorçu təşkilatlardan təmizləməliyik”, - deyə Canikli bildirib.

Onun sözlərinə görə, Ankara PKK terror təşkilatının Suriyadakı qolları hesab etdiyi PYD və YPG terrorçularına qarşı əməliyyatların keçirilməsinin mümkünlüyünü də istisna etmir.

Xatırladaq ki, bazar errtəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində əməliyyatın istənilən an başlaya biləcəyinin mümkünlüyünü qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Afrin   Suriya-böhranı  


Bizi "telegram"da izləyin