KXDR Vankuver görüşünün iştirakçılarını yenidən düşünməyə səsləyib

2018/01/1446185769_partiya45645_1516352253.jpg
Oxunub: 3632     17:04     19 Yanvar 2018    
KXDR Vankuverdə xarici işlər nazirlərinin görüşündə iştirak edən ölkələri öz fəaliyyətlərinin mümkün nəticələri və özlərini necə aparmalı olduqları barədə düşünməyə səsləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirlər KXDR Xarici İşlər Nazirliyi yanında ABŞ Məsələləri üzrə İnstitut tərəfindən yayılıb.

“ABŞ Kanada ilə birləşərək yanvarın 15 və 16-da Vankuverdə Koreya müharibəsində iştirak etməyə maraqlı olan ölkələrin xarici işlər nazirləri ilə görüş keçirib. Görüşdə ABŞ-a tabe olaraq 1950-1953-cü illərdə ölkəmizə qarşı aqressiv müharibədə iştirak edən ölkələr də daxil olmaqla 20 ölkənin nümayəndəsi iştirak edib”, - deyə Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən yayılan məlumatda bildirilir.

İnstitutun ekspertləri həmçinin ABŞ dövlət katibi Reks Tillersonin KXDR-ə təzyiqin artırılması barədə fikilərini cəfəngiyyat adlandırıblar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Vankuver  


Bizi "telegram"da izləyin