Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu arədə BMT baş katibinin müavini Stefan Dyucarrik bəyan edib.
“Humanitar Məsələlərin Koordinasiya İdarəsi Suriyanın İdlib vilayətindən dekabrın 15-dən qarşıdurmaların şiddətlənməsi ilə əlaqədar olaraq 200 mindən çox sankinin öz evini tərk etməsinə görə narahatdır, həmçinin bu, vətəndaş infrastrukturu, o cümlədən tibbi müəssisələrin fəaliyyətinə çox pis təsir göstərib”, - deyə Dyucarrik bildirib.
Onun sözlərinə görə, yanvarın 5-dən 8-dək olan hücumlar 3 ilkin tibbi yardım müəssisəsini sıradan çıxarıb, iki təcili tibbi yardım maşını sıradan çıxarılıb, həmçinin terapevt yaralanıb.
Ağalar Qəribov
Ordu.az