İnsanlar KXDR-in nüvə raketinə necə hazırlıqlı olmalıdır? - BİLDİRİŞ

2018/01/201049422_1280324_1516299262.jpg
Oxunub: 3079     02:44     19 Yanvar 2018    
Ötən həftə Havayda yaşayan insanlar telefon mesajı ilə verilən raket xəbərdarlığı ilə təşvişə düşdülər.

Ordu.az xəbər verir ki, Kolumbiya Universitetinin Dünya İnstitunun Milli Fəlakətə Hazırlıq Mərkəzinin rəhbəri Şimali Koreyanın nüvə hücumu zamanı nələrin edilməli olduğu haqda bildiriş yayıb.

Mərkəz bildirir ki, əhali raket hücumu baş verən zaman nə etməli olduğu haqda kifayət qədər məlumatlı deyil.

“Bu çox real ehtimaldır. Buna görə də şəhər rəsmiləri hücum baş verdiyi zamanı nə edilməli olduğu haqqında öz vətəndaşlarını məlumatlandırmalıdır. Fərdlər və ailələr də öz növbəsində belə hal baş verdiyi zaman nə edəcəkləri ilə bağlı bir plana sahib olmalıdırlar”, - deyə mərkəzinin rəhbəri İrvin Redlener bildirib.

Mərkəz Havaydakı yanlış həyəcan siqnalının əhalini öyrətmək üçün mükəmməl imkan olduğunu bildirib.

Ötən ilin dekabrında ada öz nüvə hücumuna qarşı həyəcan siqnalının hələ də işləyib-işləmədiyini yoxlamaq üçün sınaqlar keçirib. Bu sınaqlar adanın həyəcan siqnallarının Soyuq Müharibənin sonundan etibarən ilk istifadəsi idi.

Köhnə həyəcan siqnal sisteminin işləməsinə baxmayaraq, Kolumbiya Universitetindəki mərkəz bildirir ki, insanların nüvə hücumu zamanı atmalı olduğu addımlar nüvə təhlükəsinin artmasına görə, o vaxtdan sonra çox dəyişib.

“Biz artıq 50 il əvvəl ABŞ və SSRİ-nin sahib olduğu nüvə başlıqlarının yaratdığı təhlükə ilə üz-üzə deyilik. Təhdid var, lakin bu təhdid artıq tamam fərqlidir”, - deyə Redlener qeyd edib.

ABŞ-ın on minlərlə nüvə hücumundan müdafiə sığınacağı var. Təkcə Nyu Yorkda bu rəqəm 18 minə bərabərdir. Lakin 1960-cı illərdə tikili, 1970-ci illərdə tərk edilən bu sığınacaqlar indi çox köhnədir.

Nyu Yorkun Fövqəladə Halın İdarəedilməsi Departamentinin fəlakət planlaşdırıcısı Eliyot Kalhunun fikirlərinə görə, Kim Çen Inın hücumu zamanı ediləcək ən yaxşı şey sadəcə evdə qalmaqdır.

“Məcbur olmadığınız müddətcə qətiyyən çölə çıxmayın”, - deyə o əlavə edib.

Ekspert bildirib ki, əgər sizə dərhal sığınmalı olduğunuz deyilsə, minimum pəncərəli və maksimum divarlı bir binaya sığının. O, xüsusilə vurğulayıb ki, əgər Şimali Koreya raket atsa, əhalinin sığınması üçün sadəcə 15-20 dəqiqəsi olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-atışı   Havay   ABŞ  


Bizi "telegram"da izləyin