Ordu.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Oklahoma Universitetindən olan ekspert Coşua Lendis bəyan edib.
O qeyd edib ki, ABŞ faktiki olaraq Fərat çayında şimalda müstəqil dövlətin yaradılmasını dəstəkləyir və neft-qaz yataqlarının əksər hissəsinin orada yerləşməsi təsadüfi deyil.
“Əgər ABŞ PYD-nin müdafiə və silahlanmasını təmin etməyə davam etsə, bu zona faktiki olaraq kürdlərin idarə etdiyi dövlətə çevriləcək”, - deyə Lendis bildirib.
Ağalar Qəribov
Ordu.az