Bəkir Bozdağ: “Türkiyə daha PYD-nin silahlanmasına dözə bilmir”

2018/01/456456_1516254894.jpg
Oxunub: 2430     13:52     18 Yanvar 2018    
“Ankaranın Vaşinqtonun Suriyada PYD terrorçularını silahlandırması məsələlərində səbri artıq tükənib”.

Ordu.az “Haberturk” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

“Türkiyə bunun əleyhinə olmadığını aydın şəkildə bəyan etdi. Siz (ABŞ- red.) İŞİD terror qruplaşmasına qarşı başqa bir terror təşkilatı ilə birgə vuruşmağı üstün tutdunuz. Biz dəfələrlə bu hərbi yardımın bitməsinin zərurliyini qeyd etdik. Türkiyənin bu mövzuda səbri daha tükənib”, - deyə Bozdağ bildirib.

O həmçinin ABŞ-ı Suriyada PYD terrorçularına hava hədəflərini məhv etməyə qadir vasitələrlə silahlandırmaqda da günahlandırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PYD   Türkiyə-ABŞ   Terror  


Bizi "telegram"da izləyin