Terrorçular Suriya ordusuna yenidən müharibə elan edib

2018/01/received_2453948031498017_1516204447.png
Oxunub: 1987     23:49     17 Yanvar 2018    
“Ən-Nusra” və Küneytirə vilayətindəki digər terrorçu qruplar atəşkəsi rədd edərək Suriya ordusuna yenidən müharibə elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Əl-Vətən” məlumat yayıb.

Məlumatda bildirilir ki, “Küneytirə Əməliyyat Otağı”na (Küneytirədə fəaliyyət göstərən terrorçu qrupların ittifaqı) bağlı terrorçu qruplar “ən-Nusra”, “Əhrar əl-Şam” və digər təşkilatlar birgə bəyanat yayaraq atəşkəsi bitirdiklərini və yenidən müharibəyə başladıqlarını elan ediblər.

Həmçinin, bəyanatda müharibəyə qoşulmayan terrorçuların ciddi şəkildə cəzalandırılacağı qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terror   ən-Nusra  


Bizi "telegram"da izləyin