Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər regional və beynəlxalq hadisələri müzakirə ediblər. Xüsusilə ABŞ və İran arasında mümkün razılaşma, eləcə də Vaşinqtonla Tehran arasında danışıqlarda əldə olunan irəliləyişlər diqqət mərkəzində olub.
Görüşdə həmçinin Hörmüz boğazında maneəsiz gəmiçilik azadlığının təmin edilməsinin əhəmiyyəti, Qəzza zolağı və Livanda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Məlumata görə, şahzadə Feysəl görüş çərçivəsində Oman və Qətərin xarici işlər nazirləri ilə də ayrıca danışıqlar keçirib.
Marko Rubio daha əvvəl Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası və ABŞ nazirlər toplantısının iştirakçılarına bildirib ki, Vaşinqton Tehranla razılığa gəlmək istəyir, lakin “istənilən qiymətə deyil”. O eyni zamanda Körfəz regionundakı müttəfiqlərinə onların maraqlarının nəzərə alınacağına təminat verib.
Sevinc Əliyeva
Ordu.az