Ordu.az xəbər verir ki, radiostansiya Moskva vaxtı ilə saat 10:50-də “Ощупывание” siqnalını yayımlayıb.
Bu barədə gecikmə ilə məlumat verən “УВБ-76 логи” “Telegram” kanalı radiostansiyanın bütün siqnal və mesajlarını mütəmadi olaraq dərc edir.
Məlumata görə, UVB-76 hərbi radiostansiyası 1970-ci illərdə yaradılıb. Həmin dövrdən etibarən stansiya qısa və fasiləsiz vıyıltıya bənzər siqnallar yayımlayır.
Məhz bu səbəbdən radiostansiya “Jujjalka” (Vızıldayan) adı ilə də tanınır. UVB-76-nın fəaliyyəti və vaxtaşırı yayımladığı kodlaşdırılmış siqnallar uzun illərdir hərbi ekspertlərin və radio həvəskarlarının diqqət mərkəzində qalır.
Alpər Mövludoğlu
Ordu.az