"Hörmüz boğazı cümə günü tam açılacaq" - Tramp

2026/06/1781065686.jpg
Oxunub: 229     20:55     15 İyun 2026    
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp vitse-prezident Cey.Di.Vensin İranla sülh sazişinin imzalanması üçün Cenevrəyə səfər edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bunu o, Fransa Prezidenti Emmanuel Makronla görüş çərçivəsində jurnalistlərin sualına cavabında deyib.

Tramp Vensin imzalanma mərasimində xüsusi olaraq iştirak edəcəyini, onun isə G7 sammitindəki cədvəldən asılı olaraq Cenevrəyə səfər edib-etməyəcəyinin müəyyənləşəcəyini diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, Hörmüz boğazı artıq qismən açılıb və gəmilər yola düşməyə başlayır.

“Hörmüz boğazı cümə günü tam açılacaq. Düşünürəm ki, Yaxın Şərqdə bir çox gözəl şeylər baş verəcək. Ən əsası, neft kəskin aşağı düşür və fond bazarı raket kimi yüksəlir. Əsas məsələ odur ki, İranın nüvə silahı olmayacaq”,- deyə Tramp əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin