Tramp: “İran məsələsindən sonra diqqət Ukrayna müharibəsinin nizamlanmasına yönələcək”

2026/05/1778436283.jpg
Oxunub: 183     21:24     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran istiqamətində işlər başa çatdıqdan sonra Vaşinqton diqqətini Rusiya-Ukrayna münaqişəsinə yönəldəcək.

Ordu.az xəbər verir ki, bu barədə o, Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında danışıb.

Tramp bildirib ki, bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə “çox yaxşı danışıqlar” aparıb.

“Bəlkə Ukrayna məsələsində hansısa nəticəyə nail ola bilərik. Düşünürəm ki, həm Putin, həm də Zelenski buna açıqdır. İndi İran məsələsi başa çatdığına görə diqqətimizi buna yönəldəcəyik”, - deyə Tramp vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin