Netanyahu ABŞ ilə İran arasındakı razılaşmanın dərcindən sonra bəyanatla çıxış edəcək

2026/06/1781270775.jpg
Oxunub: 188     21:27     15 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətlə çıxış etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bu, ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanacağı barədə açıqlamadan sonra Netanyahunun ilk ictimai bəyanatı olacaq.

KİV-lərin məlumatına görə, Netanyahu və bir sıra İsrail rəsmiləri əldə edilmiş razılaşmalardan narazılıq ifadə edirlər. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın ünvanına açıq ictimai tənqidin səsləndirilməsi gözlənilmir.

Məlumata əsasən, İsraildə razılaşmanın həyata keçirilməsinə təsir göstərə biləcək növbəti addımların nəzərdən keçirilməsi mümkündür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin