Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Sərhəd Polisi məlumat yayıb.
Məlumata görə, tanışlıq xarakterli görüş zamanı Sərhəd Polisi administrasiyasının və Sahil Mühafizəsi Departamentinin nümayəndələri səfirə qurumun vəzifələri, dövlət sərhədində mövcud vəziyyət və gələcək planlar barədə məlumat veriblər.
Görüşdə Qara dənizin təhlükəsizliyi məsələsinə və bu kontekstdə Sahil Mühafizəsinin roluna xüsusi diqqət yetirilib.
Sərhəd Polisinin məlumatına əsasən, Fransa səfiri həmçinin Dəniz Əməliyyatlarının Birgə İdarəetmə Mərkəzində olub və burada mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub.
Sevinc Əliyeva
Ordu.az