İran XİN: ABŞ ilə saziş layihəsi hakimiyyət tərəfindən nəzərdən keçirilir

2026/05/1778245456.jpg
Oxunub: 191     22:58     12 İyun 2026    
ABŞ ilə münaqişənin nizamlanmasına dair mümkün sazişin mətni İran hakimiyyəti tərəfindən nəzərdən keçirilir, sənədin imzalanma vaxtı və yeri barədə danışmaq hələ tezdir.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, proses ən yüksək səviyyədə və aidiyyəti qurumlar tərəfindən yekun təsdiqlənmə mərhələsindədir.

"Biz razılaşma əldə etmək üçün ən yüksək səviyyədə və aidiyyəti qurumlar tərəfindən yekun təsdiqlənmə prosesindəyik", - o, dövlət televiziyasının efirində deyib.

İ.Bəqai qeyd edib ki, KİV-də dərc olunan saziş layihələrinin heç biri həqiqəti əks etdirmir.

O həmçinin əlavə edib ki, mümkün imzalanma vaxtı və yeri yalnız sənəd müvafiq orqanlar tərəfindən rəsmi şəkildə təsdiqləndikdən sonra elan ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   ABŞ  


Bizi "telegram"da izləyin