Tramp Fransada keçiriləcək G7 sammitində iştirakını təsdiqləyib

2026/06/1780517591.jpg
Oxunub: 206     00:14     04 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp “Böyük yeddilik” (G7) ölkələrinin liderlərinin Fransada keçiriləcək sammitində iştirak edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

G7 liderlərinin görüşü bu ayın sonlarında keçiriləcək.

ABŞ Prezidenti bildirib ki, iyunun 14-də Ağ Evin ərazisində təşkil olunacaq UFC döyüş gecəsindən dərhal sonra Fransaya yollanacaq.

“Mən Fransaya, G7 sammitinə gedəcəyəm. Bu, Ağ Evin Cənub çəmənliyində UFC dünya çempionluğu uğrunda keçiriləcək döyüşlərdən dərhal sonra baş verəcək. Həmin gecə Amerika tarixinin ən möhtəşəm gecələrindən biri olacaq”, - deyə Tramp paylaşımında qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   G7  


Bizi "telegram"da izləyin