Ordu.az-ın məlumatına görə, K. Ömüraliyevin bununla bağlı bəyanatında qeyd olunub ki, bu mühüm nailiyyət beynəlxalq ictimaiyyətin Qırğız Respublikasının konstruktiv mövqeyinə, məsuliyyətli diplomatiyasına və Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə güclü sadiqliyinə göstərdiyi etimadın aydın təzahürüdür.
"Qırğız Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurasının fəaliyyətinə, eləcə də beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş qlobal səylərə dəyərli töhfələr verəcəyinə əminəm", - təbrikdə deyilir.
Ordu.az