Overçuk Ermənistan məhsullarına qarşı məhdudiyyətləri normal proses adlandırıb

2026/05/1779884004.jpg
Oxunub: 166     11:04     04 İyun 2026    
Rusiyanın Ermənistandan gələn məhsullara qarşı qəbul etdiyi tədbirlər normal prosesdir, yeni məhsulu yoxlamaq lazımdır.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk "RİA Novosti"yə bildirib.

"Biz, ümumiyyətlə, Ermənistan idxalı üçün heç bir məhdudiyyət tətbiq etmirik. Hazırda yeni məhsul yığımının, yeni məhsulların idxalı ilə əlaqədar normal iş gedir, təbii ki, iş prosesində ortaya nəsə çıxır", - o agentliyə bildirib.

A.Overçukun sözlərinə görə, yeni məhsullar yoxlanılır: "Biz Rusiyadakı istehlakçılarımızı qorumalıyıq, yeni məhsullar idxal edilib, nə gətirdiklərini görmək lazımdır. Orada həm istehlakçı, həm də istehsalımız üçün təhlükə yarada biləcək hər hansı zərərvericilər, xəstəliklər varmı - bunlar yoxlanılır. Görünür, nəsə tapıblar".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin