XİN başçısı: "İranla ABŞ arasında rəsmi danışıqlar prosesi yoxdur"

2026/06/1780542455.jpg
Oxunub: 168     01:27     04 İyun 2026    
Hazırda İranla ABŞ arasında rəsmi danışıqlar prosesi yoxdur, lakin mesaj mübadiləsi var.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Mayadeen" telekanalına müsahibəsinda deyib.

"İki gecə əvvəl Amerika tərəfinə Beyruta hücumun qarşısının alınmasının zəruriliyi ilə bağlı mesajlar göndərdik. Əlaqələrimiz kəsilməyib, amma son bir neçə gündə danışıqlarda xüsusi irəliləyişimiz olmayıb", - Əraqçi bildirib.

Onun sözlərinə görə, hər iki tərəf mövcud çərçivələri nəzərdən keçirir: "Əgər şərait uyğun olarsa, danışıqlar yenidən İranın milli maraqları və xalqın hüquqları əsasında, həmçinin İran ilə Livanda müharibənin sona çatması üçün davam edəcək".

Əraqçinin fikrincə, ABŞ ilə İsrail İrana qarşı son savaşda bütün gücünü işə salıb, lakin İranı təslim olmağa məcbur edə bilməyiblər:

"Onların ilkin istəyi, Amerikanın Prezidentinin (Donald Tramp - red.) ilk gündə dediyi kimi, "şərtsiz təslim olmaq" idi, lakin bu heç vaxt baş verməyib. Nə rejim dəyişikliyi olub, nə vətəndaş müharibəsi, nə də İranın çöküşü planı gerçəkləşib.

İranın raket potensialını məhv etmək istəyirdilər, ancaq bacarmayıblar. Sonda danışıqlara məcbur olublar. İranın bu müharibədəki əsl gücü hər kəs üçün aydındır".

Onun fikrincə, rasionallıq hakim olarsa, müharibə yenidən başlamayacaq.

"Bizim müharibəni davam etdirmək hazırlığımız var - həm hərbi güc baxımından, həm milli birlik, həm də təcavüzlə mübarizə iradəsi baxımından", - Əraqçi diqqətə çatdırıb.

Onun sözlərinə görə, İranın hərbi vəziyyəti müharibədən əvvəlkindən yaxşıdır:

"Nə qədər lazımdırsa, müharibəni davam etdirmək gücümüz var, amma bu, müharibə istəmək demək deyil. Biz heç vaxt müharibə axtarışında olmamışıq və bu müharibəni də biz başlamamışıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin