Hətta daimi neytrallıq referendumla təsdiqlənsə belə, İsveçrə Rusiyaya qarşı sanksiyaları saxlaya bilər

2025/08/1755698126.jpg
Oxunub: 234     18:30     13 İyun 2026    
İsveçrə hakimiyyəti ölkənin daimi neytrallığının konstitusiyada təsbit olunacağı halda belə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrədəki Rusiya səfiri Sergey Garmonin TASS agentliyinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, hətta xalq təşəbbüsü referendumda qalib gəlsə belə, rəsmi Bernin anti-Rusiya kursunu davam etdirmək üçün müəyyən imkanları qalacaq.

Onun sözlərinə görə, hakimiyyət eyni sanksiyaları bu dəfə İsveçrə ərazisindən məhdudiyyətlərin yan keçilməsinin qarşısını almaq tədbirləri kimi təqdim edə bilər.

Səfir vurğulayıb ki, Moskva İsveçrə cəmiyyətində neytrallıq məsələsi ətrafında gedən müzakirələri diqqətlə izləyir.

“Bizim üçün maraqlıdır ki, İsveçrə diplomatiyasının “çevik neytrallıq” yanaşmasını hamı bölüşmür”, - deyə o bildirib.

Bununla yanaşı, Garmonin hesab edir ki, təşəbbüsün qəbul olunacağı halda ölkə rəhbərliyi vətəndaşlardan aydın siqnal almış olacaq.

Onun fikrincə, qarşıdan gələn referendum əslində İsveçrə vətəndaşlarının ölkənin xarici siyasət kursuna etimad səsverməsidir.

Qeyd edək ki, İsveçrədə sentyabrın 27-də “Neytrallıq haqqında” xalq qanunvericilik təşəbbüsü üzrə referendum keçiriləcək.

Təşəbbüs ölkənin konstitusiyasında daimi silahlı neytrallıq prinsipinin təsbit edilməsini və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənənlər istisna olmaqla, hər hansı sanksiyaların tətbiqinin qadağan edilməsini nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin