Bundesbank rəhbərinin xəbərdarlığı: İranla müharibənin başa çatması belə əvvəlki qiymətləri geri qaytarmayacaq

2026/06/1781360589.jpg
Oxunub: 221     18:21     13 İyun 2026    
Almaniya Bundesbankının rəhbəri Yoaxim Nagel xəbərdarlıq edib ki, Yaxın Şərqdə müharibə yaxın vaxtlarda başa çatsa belə, İran ətrafında yaranmış münaqişənin qlobal iqtisadiyyata təsirləri uzun müddət hiss olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nagel “Deutschlandfunk” radiosuna müsahibəsində bildirib ki, qiymətlərin yüksək səviyyədə qalması gözləniləndən daha uzun çəkə bilər.

Onun sözlərinə görə, döyüşlər yaxın zamanda dayandırılsa belə, əvvəlki iqtisadi şəraitə qayıtmaq artıq mümkün olmayacaq.

“Logistika zəncirlərindəki dəyişikliklər və risk əlavələrinin mümkün artımı səbəbindən biz yəqin ki, münaqişədən əvvəlki göstəricilərə qayıda bilməyəcəyik”, - deyə Bundesbank rəhbəri vurğulayıb.

O qeyd edib ki, əsas problem Hörmüz boğazı vasitəsilə daşınan yüklərin əlavə xərclərlə üzləşməsidir.

Nagelin sözlərinə görə, boğaz qlobal ticarətin, xüsusilə neft və digər yüklərin daşınmasının ən vacib marşrutlarından biridir.

Sığorta və logistika xərclərinin bahalaşması isə müharibə başa çatdıqdan sonra da qiymətlərə təzyiq göstərməyə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bundesbank   Almaniya   İran  


Bizi "telegram"da izləyin