Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri Avropa Xarici Əlaqələr Şurasının (ECFR) araşdırmasına istinadən məlumat yayıb.
15 Avropa ölkəsində təxminən 20 min nəfərin iştirakı ilə keçirilən sorğu göstərib ki, ABŞ-ni müttəfiq kimi görənlərin sayı son aylarda nəzərəçarpacaq dərəcədə azalıb.
Məlumata görə, altı ay əvvəl bu göstərici 16 faiz, 2025-ci ilin noyabrında isə 22 faiz olub.
Respondentlərin təxminən yarısı Vaşinqtonla münasibətləri “məcburi tərəfdaşlıq” kimi qiymətləndirib, dörddə birə yaxını isə ABŞ-ni rəqib və ya hətta düşmən kimi gördüyünü bildirib.
Hesabat müəllifləri etimadın azalmasını ABŞ Prezidenti Donald Trampın son dövrdə verdiyi bəzi qərar və açıqlamalarla əlaqələndirirlər.
Bunlara NATO-dan çıxmaqla bağlı hədələr, ABŞ qoşunlarının Avropadan çıxarılması ehtimalı, eləcə də İran obyektlərinə endirilən zərbələrin Avropa müttəfiqlərinin iştirakı olmadan planlaşdırılması daxildir.
Araşdırmada həmçinin Qrenlandiya ilə bağlı bəzi açıqlamaların Avropa ölkələrində mənfi qarşılandığı qeyd olunub.
Sorğu nəticələri göstərib ki, Avropa vətəndaşlarının əksəriyyəti hərbi təhlükə yaranacağı halda ABŞ-nin Avropaya yardım göstərəcəyinə tam əmin deyil.
Bu fonda Avropanın ABŞ-dən asılılığını azaltması, öz müdafiə sənayesini inkişaf etdirməsi və alternativ çəkindirmə mexanizmləri yaratması ideyasına dəstək artır.
Araşdırma 2026-cı ilin may ayında Avstriya, Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Niderland, Polşa, Portuqaliya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniyada aparılıb.
Sevinc Əliyeva
Ordu.az