Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Açıqlamada bildirilib ki, sakinlər evlərini təcili şəkildə tərk edərək Zəhrani çayının şimalında yerləşən ərazilərə köçməlidirlər.
Təxliyə əmri Deyr əz-Zahrani, ən-Nəmiriya, əş-Şərqiyyə, əd-Duveyr, Haruf, Habuş, Kfar-Coz, Zibdin, Nəbatiyyə ət-Taxta, Nəbatiyyə əl-Fauka, Kfar-Rumman, əl-Mahmudiyyə, Sajd, Reyhan, Aramta, Kfar-Şuba, Malki, əl-Lauiza, Carcua və Ərəb-Salim yaşayış məntəqələrinə şamil edilir.
İsrail hərbçiləri vurğulayıblar ki, sakinlər göstərişə dərhal əməl etməli və təhlükəsiz ərazilərə keçməlidirlər.
Sevinc Əliyeva
Ordu.az