Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Qurumun məlumatına görə, son 24 saat ərzində xəstəxanalara 7 nəfərin meyiti çatdırılıb. Onlardan 6-sı son hücumlar nəticəsində həlak olub, 1 nəfər isə daha əvvəl aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.
Eyni müddətdə daha 25 yaralı tibb müəssisələrinə yerləşdirilib.
Nazirlik bildirib ki, oktyabrın 11-dən qüvvəyə minmiş atəşkəs rejimindən sonra davam edən hücumlar nəticəsində 929 nəfər öldürülüb, daha 2 811 nəfər yaralanıb.
Bundan əlavə, bu müddət ərzində 781 meyitin dağıntılar altından çıxarıldığı qeyd olunub.
Eyni zamanda, hərbi əməliyyatlar və genişmiqyaslı dağıntılar səbəbindən əvvəllər əlçatmaz olan ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az