Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, bir neçə gün əvvəl Qarabağdan köç etmiş keçmiş erməni hərbçi Vladik Xaçatryana təxminən 20 illik xidmətinə görə verilmiş xidməti mənzili boşaltması barədə bildiriş təqdim edilib.
“Onun 2-ci qrup müddətsiz əlilliyi var, həmin mənzil özü və ailəsi üçün yeganə yaşayış yeridir. Mənbənin sözlərinə görə, Vladik Xaçatryan bu cür bildiriş alan yeganə şəxs deyil. “Müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) keçmiş komandanı Mikayel Arzumanyana yaxın hərbçilər, eləcə də illər ərzində mənzillərini özəlləşdirməyə imkan tapmayan şəxslər hədəfə alınıb. Bu səbəbdən onlar Müdafiə Nazirliyinin təqdim etdiyi mənzilləri geri qaytarmalı olacaqlar.
Hətta siyasi neytrallığını qoruyan Qarabağdan köç etmiş şəxslərlə də məşğul olurlar. Mənbənin fikrincə, bu vəziyyət Paşinyanın Qarabağdan köç etmiş şəxslərə qarşı dərin nifrəti ilə bağlıdır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az