Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, Tulsi Qabbard böyük işlər gördükdən sonra 2026-cı il iyunun 30-da vəzifəsini tərk edəcək.
Tramp qeyd edib ki, Qabbardın həyat yoldaşı Abrahamda nadir sümük xərçəngi aşkarlanıb və o, həyat yoldaşının yanında olmaq istəyir.
Prezident əlavə edib ki, Tulsi Qabbard administrasiya üçün mühüm işlər görüb və onun yoxluğu hiss olunacaq.
Trampın sözlərinə görə, Milli Kəşfiyyat Direktorunun birinci müavini Aaron Lukas quruma rəhbərlik edəcək.
Sevinc Əliyeva
Ordu.az