Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Fransa Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa uyğun şərait yaranacağı təqdirdə layihəni təqdim edə bilər.
Hörmüz boğazı qlobal enerji ticarətinin həyati əhəmiyyətli marşrutlarından biri hesab olunur.
Boğazın faktiki bağlanmasının neft qiymətlərində kəskin artıma səbəb olduğu və bunun ABŞ ilə İran arasında davam edən danışıqlara ciddi maneə yaratdığı qeyd edilir.
ABŞ və Bəhreyn tərəfindən hazırlanan qətnamə layihəsi iki həftədən çoxdur müzakirə olunur. Çin və Rusiyanın layihəyə veto qoya biləcəyi siqnalları səbəbindən səsvermə bir neçə dəfə təxirə salınıb.
Çin və Rusiya apreldə də ABŞ-nin dəstəklədiyi oxşar sənədin əleyhinə veto tətbiq etmişdi. İki avropalı diplomatın sözlərinə görə, Vaşinqton layihəyə həmmüəllif kimi qoşulan təxminən 140 ölkənin dəstəyini təmin edib.
Fransa isə hələlik ABŞ layihəsini dəstəkləməkdən imtina edir. Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavr bildirib ki, hazırda ABŞ və Bəhreyn qətnamə layihəsini müzakirə edir və səsvermənin tarixi hələ müəyyən edilməyib.
Sevinc Əliyeva
Ordu.az