FT: Tramp Si Cinpin və Putinə BCM-ə qarşı birləşməyi təklif edib

2026/05/1779193835.jpg
Oxunub: 411     16:27     19 May 2026    
ABŞ Prezidenti Donald Trampın Çin Prezidenti Si Cinpinlə görüşü zamanı Rusiya və Çinə Beynəlxalq Cinayət Məhkəməsinə qarşı birgə fəaliyyət göstərməyi təklif etdiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Nümayəndə heyətləri arasında keçirilən görüş zamanı Tramp ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı mübarizədə səylərini birləşdirməsini təklif edib və onların maraqlarının üst-üstə düşdüyünü bildirib”, - deyə materialda qeyd olunub.

Bununla yanaşı, “Financial Times”ın həmsöhbəti Si Cinpinin Ağ Ev rəhbərinin təklifinə necə reaksiya verdiyini açıqlamayıb.

Həmin gün Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Çin arasında sıx strateji əməkdaşlıq qlobal arenada mühüm sabitləşdirici rol oynayır.

O, tərəflərin inkişaf və xalqların rifahı naminə tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Cinpin   Putin  


Bizi "telegram"da izləyin