Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir

2026/03/1774944318.jpg
Oxunub: 217     14:59     06 İyun 2026    
Bəhreynin Xarici İşlər Nazirliyi (XİN) İranın onun ərazisinə etdiyi hücumları, eləcə də Küveytə endirdiyi zərbələri pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəsmi məlumatında bidirilib.

Bəyanatda Bəhreyn və Küveyt silahlı qüvvələrinin yüksək döyüş hazırlığı və istənilən hücumu dəf etmək qabiliyyəti diqqətə çatdırılıb.

Qurumdan həmçinin bildirib ki, İran tərəfindən edilən hücum iki dövlətin suverenliyinin, BMT Nizamnaməsinin və beynəlxalq normaların ciddi şəkildə pozulmasıdır.

"Bu cür hərəkətlər ölkələrin təhlükəsizliyinə və sabitliyinə təhdid yaradır. Təhlükəsizlik raketlər və pilotsuz uçuş aparatları ilə əldə edilmir, sabitliyi isə dəniz minalarının quraşdırılması ilə təmin etmək mümkün deyil", - məlumatda bildirilib.

Bəhreyn həmçinin mülki gəmilər üçün təhlükəsiz beynəlxalq humanitar dəhliz yaratmağa və regionda blokadada qalan 20 mindən çox dənizçinin evlərinə qayıtmaq imkanını təmin etməyə çağırıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ hərbçiləri İran tərəfindən Küveyt və Bəhreyn istiqamətində buraxılan bir neçə ballistik raketi ələ keçiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   XİN   PUA  


Bizi "telegram"da izləyin