Moskvanın “həssas gündəliyi”: Trampın Çin səfəri Putini düşündürür

2026/05/1779174912.jpg
Oxunub: 701     11:14     19 May 2026    
İsrailin rusdilli “Vesty” saytı hökumət mənbələrinə istinadən xəbər verib ki, Baş nazir Benyamin Netanyahu rəhbərliyi ilə bir gün əvvəl “müharibə kabineti”nin iclası keçirilib və bu iclas mayın 18-də də “gecə saatlarınadək” davam edəcək.

Qüdsdə həm İrana qarşı hərbi əməliyyatların bərpası, həm də İran-ABŞ razılaşmasının əldə olunması variantları müzakirə edilir. İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, “Tehran ləyaqətli danışıqlar aparır və heç vaxt rifahı milli ləyaqətdən üstün tutmayacaq”.

Pakistanın diplomatik mənbəsi “Al Jazeera”ya bildirib ki, İslamabad Tehranın “14 maddədən ibarət yenilənmiş cavabını” Vaşinqtona çatdırıb. İranın yüksək vəzifəli rəsmilərindən biri “Reuters”ə danışıqlar qrupunun təəssüratını çatdıraraq bildirib ki, “nüvə proqramı məsələsində Amerika tərəfi çeviklik nümayiş etdirir”.

Məlumata görə, Vaşinqton “İranın dinc məqsədlərlə nüvə proqramı həyata keçirməsinə, lakin ciddi nəzarət altında davam etdirməsinə razıdır”.

Digər mənbələrin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi “dondurulmuş İran aktivlərinin 25 faizini azad edə, həmçinin İran neftinin beynəlxalq bazara çıxışına icazə verə bilər”.

Bu məlumatlar fonunda İsrail KİV-i ABŞ Prezidentinin şəxsi sosial şəbəkə hesabından Yaxın Şərq xəritəsini yayıb. Həmin xəritədə bölgənin demək olar bütün ölkələrindən İrana hücum istiqamətləri qırmızı oxlarla göstərilib.

Adı açıqlanmayan pakistanlı diplomat “ABŞ Prezidentinin səbri tükənərsə İran nə edə bilər?” sualına cavab olaraq “Al Jazeera”ya bildirib ki, “tərəflər diplomatik marafona kökləniblər və maksimalist mövqelərdən qarşılıqlı şəkildə geri çəkilməyə hazırdırlar”.

Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Rusiyanın “RİA Novosti” agentliyinin redaksiya məqaləsində qeyd olunur ki, “İsrailin Baş naziri Netanyahunun bir hissəsi olduğu qlobal dərin hökumət Donald Trampı çaşdırmağa və onu İrana qarşı müharibəyə cəlb etməyə nail olub. Bu müharibədən isə Konqresə aralıq seçkilərdə demokratlar faydalanacaqlar”.

Belə anlaşılır ki, İran “bataqlığından şərəflə çıxmaq” üçün ABŞ Prezidenti Vladimir Putinlə əməkdaşlıq etməlidir. Mayın 19-20-də Putin rəsmi səfərlə Çində olacaq. Onun köməkçisi Uşakov iki ölkə münasibətlərində mövcud olan “həssas məsələlərin” müzakirə ediləcəyini açıqlayıb.

Görünür, Donald Trampın Pekinə üç günlük dövlət səfəri Moskvada “həssas məsələlər yaradıb”. Böyük ehtimalla həmin məsələlərdən ən azı biri İranla bağlıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Tramp   Çin   Putin  


Bizi "telegram"da izləyin