Məryəm Nəvaz Şərif Prezident İlham Əliyevə təşəkkür edib

2026/05/1779111738.jpg
Oxunub: 364     19:23     18 May 2026    
Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif göstərilən isti qəbul və Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinə görə, Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.

Ordu.az xəbər verir ki, o bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Liderlərin Sammitində bəyan edib.

“Bu gün burada, Bakıda olarkən özümü yad bir ölkədə deyil, sanki öz evimdə hiss edirəm. Mən evə gəlmişəm”, - deyə Məryəm Nəvaz Şərif vurğulayıb.

O, Bakıda həyata keçirilən müasir şəhər transformasiyası proseslərinin onda heyranlıq doğurduğunu qeyd edib.

Məryam Nəvaz Şəirf mənzil təminatının mühüm bir dəyər olduğunu xüsusi vurğulayıb.

“Azərbaycanda bu məsələnin əhəmiyyətini yaxşı anlayırlar”, — deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin