Məryəm Nəvaz Şərif: "Bakıda özümü yad ölkədə hiss etmirəm"

2026/05/1779111738.jpg
Oxunub: 300     17:31     18 May 2026    
Prezidenti İlham Əliyevin dayanıqlı şəhərsalma sahəsindəki yanaşması, Bakının və bütövlükdə Azərbaycanın transformasiyası ilə əlaqədar planları ölkəni həqiqətən müasir, mükəmməl formada bir-birinə bağlı infrastrukturlara malik məkana çevirməyə istiqamətlənib.

Ordu.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Ümumdünya Şəhərsalma Forumu (WUF) tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitindəki çıxışında deyib.

"Mən burada, Bakıda olarkən özümü yad bir diyara gəlmiş kimi hiss etmirəm. Fəxr edirəm ki, xarici missiya çərçivəsində ilk səfərim məhz bu ölkəyə olub. Mən buraya - tərəqqi, dözümlülük və müasirliyin parlaq nümunəsini sərgiləyən Bakıya gəldim. Qeyd etmək istərdim ki, Pakistandakı 130 milyondan artıq əhalisi olan Pəncab, Bakı kimi, bir əyalətdir. Mən atam, Pakistanın sabiq Baş naziri Məhəmməd Nəvaz Şərifin və hazırda vəzifədə olan Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını özümlə gətirmişəm", - M. Şərif bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Pakistan  


Bizi "telegram"da izləyin