XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib - FOTOLAR

2026/05/1779108162.jpg
Oxunub: 393     16:31     18 May 2026    
Cari il üçün təsdiq olunmuş hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) N hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi heyətə və maddi-tədris bazasına keçirilən sıra baxışı hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə sona çatıb.

Yoxlama zamanı silah və texnikanın, maddi-texniki təminat vasitələrinin varlığı və vəziyyəti yoxlanılıb. Həmçinin, bölmələrin ərazidə operativ-taktiki və qərargah fəaliyyətləri qiymətləndirilib.

Eyni zamanda, hərbi qulluqçuların fiziki və atəş hazırlıqlarının yoxlanılması məqsədilə onlardan fərdi qaydada normativlər qəbul edilib.

İnspeksiya yoxlamasının sonunda hərbi qulluqçuların nəzəri və praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmətin müasir tələblər çərçivəsində təşkili istiqamətində aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XTQ   MN   Ordu  


Bizi "telegram"da izləyin