UN-Habitat Assambleyasının prezidenti: "Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib"

2026/05/Ekran-1779098032.jpg
Oxunub: 248     13:28     18 May 2026    
Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə dünya paytaxtına çevrilib.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda WUF13-ün açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qlobal şəhərsalma gündəliyi heç vaxt çoxtərəfli əməkdaşlıq üçün bu qədər mühüm əsas kimi götürülməyib.

"Əgər biz şəhərsalmanı inkişaf etdirməsək, öz vədimizi övladlarımız qarşısında sındırmış olacağıq. Bu bizim üçün sadəcə bir şüar deyil, həm də çağırışdır. Eləcə də bu çağırış tədbirlərinin görülməsi real dünya və iqtisadiyyata söykənməlidir. Bu mənada, biz düzgün siyasət yeritməli, bütün vətəndaşlar üçün yaşayış yerlərinin qurulmasına çalışmalıyıq".

Nqa Kor Minq sonda təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UN-Habitat   WUF13   Bakı  


Bizi "telegram"da izləyin