Hikmət Hacıyev: "Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır"

2025/12/1764577931.jpg
Oxunub: 300     13:24     18 May 2026    
Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.

O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi Bakı Olimpiya Stadionundan paylaşdığı videonun üzərində qeyd edib:

"Artan qlobal gərginliklər və münaqişələr fonunda Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır. Dünyanın hər yerindən iştirakçıları bir araya gətirən WUF13 rəsmi olaraq öz işinə başlamışdır".


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   Azərbaycan  


Bizi "telegram"da izləyin