Ordu.az-ın məlumatına görə, dövlət başçısı bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində bəyan edib.
"2022-ci ildən etibarən UN-Habitat ilə birgə Azərbaycanda üç Milli Şəhər Forumu keçirdik - uzun illər işğal altında olmuş Ağdam, Zəngilаn və Xankəndi şəhərlərdə. Bu gün qlobal görüşü təşkil edərək biz yenidən şəhərsalma, şəhər inkişafı və insanların həyatının yaxşılaşdırılması, əhalinin rahat yaşayış üçün bütün zəruri şəraitlə təmin edilməsi üzrə gündəliyimizə möhkəm sadiqliyimizi nümayiş etdiririk", - prezident bildirib.
Onun sözlərinə görə, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fəxr edə bilər.
Ordu.az