Ordu.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzi məlumat yayıb.
Məlumata görə, Moskva Paşinyanı Qərbin adamı, ölkənin təhlükəsizliyi üçün təhdid yaradan və Ermənistanı Ukrayna ssenarisi istiqamətində aparan lider kimi təqdim edən tezislərdən istifadə edəcək.
Hesabatda qeyd olunur ki, Rusiya anti-Rusiya əhvali-ruhiyyəsinin daha da güclənməsinə səbəb ola biləcək açıq eskalasiyadan yayınmağa çalışacaq.
Bununla belə, Moskva Paşinyanın manevr imkanlarını məhdudlaşdırmaq məqsədilə media resurslarını, onlayn platformaları, müxalif siyasətçiləri və iqtisadi xarakterli xəbərdarlıqları işə salacaq.
Analitiklər hesab edirlər ki, Paşinyanın seçkilərdə qələbəsi Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrinin qırılması ilə nəticələnməyəcək.
Lakin bunun təhlükəsizlik, diplomatiya və iqtisadiyyat sahələrində Avropa İttifaqı və ABŞ ilə münasibətlərin şaxələndirilməsi istiqamətində səyləri sürətləndirəcəyi ehtimal olunur.
Hesabatda həmçinin vurğulanır ki, seçkilərdə zəif mandat əldə olunması və ya seçkilərdən sonra baş verə biləcək iğtişaşlar Moskva üçün əlavə imkanlar yarada bilər.
Belə olan halda Rusiya Avropa İttifaqı ilə yaxınlaşma kursunun sabitliyi pozan xarakter daşıdığı tezisini ön plana çıxarmağa çalışacaq.
Alpər Mövludoğlu
Ordu.az