“Tramp və Putin arasında zənglər həmişə çoxlu cavabsız suallar qoyur” - Kallas

2025/04/1745916768.jpg
Oxunub: 412     19:37     30 Aprel 2026    
Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas Estoniyada NB8 - Şimali Avropa və Baltik ölkələrinin xarici işlər nazirləri ilə keçirilən görüş zamanı bildirib ki, Ukrayna məsələsi üzrə sülh danışıqları, görünür, “yerində sayır”.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

O, həmçinin qeyd edib ki, Donald Tramp və Vladimir Putin arasında telefon danışığı zamanı hər hansı əhəmiyyətli irəliləyişin əldə olunub-olunmadığı aydın deyil.

“Biz prezident Tramp və prezident Putin arasında həmin zəngləri gördükdə, həmişə çoxlu cavabsız suallar qalır”, - deyə o bildirib.

Kallas bu danışıqların paradoksal xarakterini də vurğulayıb. O qeyd edib ki, “Rusiya açıq şəkildə Amerikanın əleyhinə İranın qəhrəmanlıq [mübarizəsini] tərifləyir”.

“Avropa İttifaqı Rusiyaya daha böyük təzyiq göstərilməsini istərdi, lakin həmin danışıq zamanı biz bunu görmədik”, - deyə o bildirib.

Kallas daha əvvəl qeyd edib ki, Avropa İttifaqı Moskva ilə məzmunlu danışıqlara başlamazdan öncə, müharibə başa çatdıqdan sonra Rusiyaya qarşı hansı tələblərin irəli sürüləcəyini müəyyənləşdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Tramp   Putin  


Bizi "telegram"da izləyin