“Putin və Tramp vasitəçilik təmaslarını davam etdirəcəklər” - Peskov

2026/04/1777555295.jpg
Oxunub: 346     17:15     30 Aprel 2026    
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp münaqişələrin tənzimlənməsində göstərilən vasitəçilik səylərini davam etdirmək barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, iki lider arasında yeni danışıqlar üçün hələlik dəqiq tarixlər yoxdur.

“Vasitəçilik missiyasını və təmasları davam etdirmək barədə razılıq əldə olunub, lakin hazırda heç bir konkretlik yoxdur”, - deyə Peskov qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp   Peskov  


Bizi "telegram"da izləyin