Tramp Ukraynanın hərbi məğlubiyyəti barədə danışıb, lakin onu İranla qarışdırıb

2026/04/1777492259.jpg
Oxunub: 406     23:48     29 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna “hərbi baxımdan məğlub olub”. Lakin onun sonrakı şərhləri əslində hansı münaqişəyə toxunduğu ilə bağlı suallar yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Oval kabinetdə jurnalistlərin Rusiya-Ukrayna müharibəsinin, yoxsa ABŞ-nin İranla münaqişəsinin daha tez bitəcəyi barədə sualına cavab verən Tramp müddətlərin oxşar ola biləcəyini bildirib. Eyni zamanda o əlavə edib: “Düşünürəm ki, Ukrayna hərbi baxımdan məğlub olub”.

Bundan dərhal sonra ABŞ lideri İrana qarşı müharibəyə aid məlumatlar gətirib. O bildirib ki, həmin ölkənin 159 gəmisi var idi və “onların hamısı indi suyun altındadır”. O, belə nəticəni “kifayət qədər yaxşı” adlandırıb.

Daha əvvəl Tramp həmçinin ABŞ-nin İranın 159 gəmidən ibarət bütün donanmasını batırdığını iddia edirdi.

Bu bəyanatlar fonunda müşahidəçilər ehtimal edirlər ki, ABŞ prezidenti ola bilsin, səhvə yol verib və faktiki olaraq Ukrayna ilə bağlı vəziyyəti deyil, İranı nəzərdə tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna   İran  


Bizi "telegram"da izləyin