Tramp Ukrayna məsələsində Avropa ilə fikir ayrılıqlarının qaldığını bildirib

2026/04/1777492205.jpg
Oxunub: 429     23:45     29 Aprel 2026    
“Ukrayna məsələsində Vaşinqtonla Avropa ölkələri arasında fikir ayrılıqları qalır”.

Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Ukrayna məsələsində bizim hələ də fikir ayrılıqlarımız var. Bu, NATO-dan çox Avropa ölkələrinə aiddir”, - deyə o, jurnalistlərlə söhbətində qeyd edib.

ABŞ prezidenti həmin fikir ayrılıqlarının mahiyyəti ilə bağlı başqa təfərrüat açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna   Avropa  


Bizi "telegram"da izləyin