Ordu.az xəbər verir ki, maşınların Avstraliyanın Viktoriya ştatındakı “Bendigo” müəssisəsində istehsal ediləcəyi və seriyalı istehsalın 2027-ci ildə başlayacağı açıqlanıb.
Proqram yerli istehsal infrastrukturunu gücləndirmək və təchizat zəncirini dərinləşdirmək hədəfləri ilə önə çıxır.
268 maşınlıq sifariş və istehsal infrastrukturu
Müqavilə çərçivəsində təhvil veriləcək 268 maşın Avstraliya Quru Qoşunlarının inventarındakı “Bushmaster” parkının genişləndirilməsini hədəfləyir. İstehsal fəaliyyətləri “Bendigo” müəssisəsində həyata keçiriləcək və proqramın 290-dan çox nəfərə məşğulluq təmin etməsi gözlənilir. Müəssisə indiyədək 1300-dən çox “Bushmaster” istehsal edib və platforma səkkiz ölkəyə ixrac edilərək sahədə əməliyyat baxımından istifadə olunan sistemə çevrilib.
Bu investisiya yalnız yeni maşın istehsalını deyil, eyni zamanda istehsal davamlılığının təmin edilməsini və yerli müdafiə sənayesi ekosisteminin dəstəklənməsini məqsəd qoyur.
Yeni nəsil “Bushmaster”in texniki qabiliyyətləri
Yeni nəsil “Bushmaster” platforması müasir döyüş meydanının tələblərinə uyğun şəkildə inkişaf etdirilmiş konfiqurasiya təqdim edir. Gücləndirilmiş zireh strukturu, artırılmış hərəkət qabiliyyəti və qabaqcıl rəqəmsal sistem inteqrasiyası platformanın əsas inkişaf sahələri arasındadır.
Maşın daha yüksək şəxsi heyət daşıma tutumu, artırılmış yedəkləmə qabiliyyəti və daha güclü damüstü silah sistemlərinin inteqrasiyasına imkan verəcək şəkildə hazırlanır. Həmçinin genişləndirilmiş sensor və effektor inteqrasiyası sayəsində təhdid aşkarlama və nişanalma qabiliyyəti artırılır.
Modul ekipaj kabinəsi fərqli missiya ehtiyaclarına görə yenidən konfiqurasiya edilə bilən struktur təqdim edir, platformanın çoxrollu istifadə qabiliyyəti gücləndirilir. Yeni variantın sol sükan konfiqurasiyası və qabaqcıl rabitə interfeysləri ilə ixrac bazarına uyğun şəkildə inkişaf etdirildiyi bildirilir.
“Thales”dən müqavilə ilə bağlı açıqlama
“Thales” Quru və Hava Sistemləri üzrə icraçı vitse-prezidenti Erve Damman müqavilə ilə bağlı qiymətləndirməsində şirkət ilə Avstraliya hökuməti arasındakı etimad münasibətinə diqqət çəkərək bildirb: “Thales” olaraq dünya standartlarındakı çoxrollu “Bushmaster” maşınımız üçün Avstraliya hökumətinin bizə göstərdiyi etimaddan qürur duyuruq”.
Damman dövlət-sənaye əməkdaşlığının konkret nəticəsinə işarə edərək qeyd edib: “Bu böyük müqavilə döyüş meydanında özünü sübut etmiş yüzlərlə maşının təhvili ilə dövlət və sənayenin birlikdə işləyərək ölkənin ehtiyac duyduğu qabiliyyətləri təmin edə biləcəyini göstərir”.
Sevinc Əliyeva
Ordu.az