ABŞ Prezidentinin qəbulunda atəş açan şəxsə yeni ittihamlar irəli sürülə bilər

2026/04/Ekran-1777197025.jpg
Oxunub: 332     01:22     28 Aprel 2026    
ABŞ Prezidenti Donald Trampın aprelin 25-də iştirak etdiyi qəbulda baş verən atışmada şübhəli bilinən şəxsə qarşı əlavə ittihamlar irəli sürülə bilər.

Ordu.az-ın məlumatına görə, bu barədə Kolumbiya dairəsinin prokuroru Canin Pirro mətbuat konfransında bildirib.

"İstintaq davam etdikcə əlavə ittihamlar irəli sürüləcək", - o, Koul Tomas Allenin iştirakı ilə keçirilən ilk məhkəmə iclasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Allenə artıq ABŞ Prezidentinə sui-qəsd cəhdi də daxil olmaqla üç maddə ilə ittiham irəli sürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Atışma  


Bizi "telegram"da izləyin