Ordu.az xəbər verir ki, diplomat müvafiq paylaşımı "X" sosial şəbəkəsində edib.
"Mən vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə həlak olan Metili Muqanın ailəsinə və həmkarlarına səmimi başsağlığımı bildirirəm. Düşüncələrim ANAMA ilə və Azərbaycanın zərər çəkmiş bölgələrində minatəmizləmə sahəsində cəsarətlə çalışanlarladır", - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün ANAMA-nın əməkdaşı Mətili Muğan Rəfayıl oğlu (1995-ci il təvəllüdlü) xidməti vəzifələrini yerinə yetirərkən tank əleyhinə minaya düşərək həlak olub.
Ordu.az